Erməni vəkillər də Paşinyana qarşı çıxırlar

saytların hazırlanması

Evə çatdırılma

Erməni vəkillər də Paşinyana qarşı çıxırlar

Dünya

10 Noyabr 2020 12:18 967


“9 bənddən ibarət olan razılaşma beynəlxalq müqavilənin müddəalarını ehtiva edir, buna görə Baş nazir onu imzalaya bilməzdi”.

Yenisabah.az xəbər verir ki, bu fikirlər Ermənistan Vəkillər Palatasının sədri Ara Zöhrabyan deyib.

“Xüsusilə, bu razılaşma barışıq müqaviləsidir, habelə sənəddə Ermənistan ərazisindən keçməklə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması nəzərdə tutulur ki, bu ərazilərdən istifadə baxımından Ermənistan vətəndaşları üçün müəyyən məhdudiyyətlər ola bilər.

Yuxarıda göstərilənlərə əlavə olaraq, Baş nazirə xalqın iradəsi xaricində xalq adından belə bir sənədi imzalamaq səlahiyyəti verilmir.

Fikrimcə, vəziyyətdən çıxış yolu Nikol Paşinyanın istefası, bu sənədin səlahiyyətinin rədd edilməsi, Ermənistan və "Artsaxı" qorumaq üçün birgə səylərin təşkili ola bilər”, - deyə o əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!