Ermənilər Xankəndiyə qayıtmaq istəmirlər:  “Bizi məcbur edirlər ki...” - Video
03 May 2021 21:27
1420

Ermənilər Xankəndiyə qayıtmaq istəmirlər: “Bizi məcbur edirlər ki...” - Video

Bu gün işğal siyasəti nəticəsində Laçın rayonunda məskunlaşan, 44 günlük müharibədən sonra İrəvana qaçan bir qrup erməni Ermənistan hökumət binasının qarşısında aksiya keçirib.

Yenisabah.az xəbər verir ki, aksiyaçılardan biri zamanında Laçında qurulan saxta erməni separatçı strukturunda təmsil olunan Məryam Ayrapetyan olub.

Ayrapetyan deyib ki, hökumət tərəfindən verilən qərar və rəsmi mesajlar icra edilməyib:

"Hazırda çıxılmaz vəziyyətə düşmüşük. Hayk Xanumyan (Xankəndidəki separatçı qurumun naziri) dünən Xankəndidən İrəvana gəlib və hər kəsin qayıtmalı olduğunu, Qarabağda yaşamalı olduğunu və Qarabağın “abadlaşdırılmasında” iştirak etməyin vacibliyindən danışdı. Mən hər şeyi başa düşürəm. Amma Laçının cənubuna gəldikdə deyim ki, orada hər kəs 30 ildir qan və tər tökən “köçkünlərdir”. Son günlər qadınlar sözün əsl mənasında ərazini tərk etdilər. İndi isə bu insanlara Ağdərənin sərhəd kəndlərində işləməyə və yaşamağa getməyə inandırmağa çalışırlar. Yalnız bir ev tikiləcəyi vədini verirlər”.

Digər etirazçı və xüsusi həyasızlığı ilə seçilən Anuş Petrosyan isə iddia edib ki, kredit götürərək iki ev tikib, amma bu evlər türklərə qalıb.

Etirazçıların fikirlərindən belə aydın olub ki, onlar daha geriyə-Xankəndiyə qayıtmaq istəmirlər. Amma Xankəndidən gələn separatçılar onlarla danışıqlar apararaq geri qayıtmaları üçün müxtəlif vədlər verirlər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər