“Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 1-də Rusiya Prezidenti Vladimir Putinə dəfələrlə cavab qaytarması onun səslərini artırır yoxsa azaldır? Ermənilərin daha çoxu “kişidir bu” deyir, yoxsa “ara, bu bizi zibilə salacaq?”. İndi bu sual həm Moskvanı, həm də İrəvanı maraqlandırır”.
“Yeni Sabah” xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (ReAL) sabiq sədri, siyasətçi İlqar Məmmədov bildirib.
O qeyd edib ki, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkisində iştirak edən hər iki tərəf özünün qarşıdakı iki ay üçün strategiyasını dünənki hadisədən sonra aparılan ictimai rəy sorğusunun nəticələrinə uyğun quracaq. pizza sifarişi
Xatırladaq ki, aprelin 1-də Kremldə V.Putinlə N.Paşinyan arasında görüş olub. Siyasi icmalçılar hesab edirlər ki, danışıqlar kifayət qədər gərgin və qədər soyuq keçib. Ermənistanın Qərbə meyllənməsi, Rusiya sərhədçilərinin çıxarılması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşma başlıca müzakirə mövzuları arasında yer alıb.
Nazim Hacıyev
Telegram kanalımız