Ermənipərəst senator istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənipərəst senator istefa verdi

Dünya

23 Sentyabr 2023 09:18 587


Ermənipərəst Robert Menendez Amerika hüquq-mühafizə orqanları tərəfindən irəli sürülən korrupsiya ittihamı ilə əlaqədar ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin yuxarı palatasının demokrat çoxluğunun rəhbəri Çak Şumer açıqlama yayıb.

ABŞ Konqresindəki ermənipərəst senator Menendezin qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir və hazırda federal prokurorlar tərəfindən istintaq altındadır. 400 min dollar dəyərində qiymətləndirilən qızıl külçələrinin ona Fred Daibes adlı tərtibatçı tərəfindən verildiyi iddia edilir. Daibesin federal bank ittihamları ilə üzləşdiyi üçün Menendezə rüşvət verdiyi bildirilir. Marqarita pizza

Hələ 2012-ci ildə, Robert Menendez ABŞ Senatına yenidən seçilməzdən əvvəl nalayiq davranışda, o cümlədən Dominikan Respublikasında iki azyaşlı fahişə ilə münasibətdə olmaqda ittiham edilmişdi. Lakin dəlil çatışmazlığına görə senatora qarşı rəsmi ittiham irəli sürülməmişdi.

ABŞ Konqresində antiazərbaycan və antitürk siyasətini dəfələrlə dəstəkləyən Menendez 2015-ci ildə də cinayət məsuliyyətinə cəlb edilmişdi. Senator o vaxt korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla, 14 maddə üzrə, o cümlədən “dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması” faktının gizlədilməsi maddəsi üzrə ittiham olunurdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!