Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ermənistanda ara qarışdı: Saxlanılanlar var
18 Sen 2021 18:14
7114

Ermənistanda ara qarışdı: Saxlanılanlar var

Ermənistan paytaxtında qarşıdurma yaranıb.

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, qarşıdurma İrəvanda dövlət müstəqilliyin 30-cu ildönümünün keçirilməsinə etiraz edənlərlə polislər arasında baş verib. 

Bayram tədbirlərinin keçirilməsinə etiraz edənlərin ictimai təşkilatların nümayəndələri, müharibədə ölən və itkin düşən hərbçilərin yaxınları olduğu bildirilir. Onlar 21 sentyabrda bayram tədbirləri keçirməklə bağlı hakimiyyətin planlarına etiraz ediblər. 

Müstəqilliyin ildönümünün bayram tədbiri, konsertlə qeyd edilməsi planlaşdırır. Aksiyaçılar bayram tədbirlərini ləğv etməyi tələb edib. Bu zaman polislə aksiyaçılar arasında qarşıdurma yaranıb, saxlanılanların olduğu bildirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər