Ermənistanda daha 76 nəfər koronavirusa yoluxdu
10 İyn 2021 12:28
290

Ermənistanda daha 76 nəfər koronavirusa yoluxdu

Ermənistanda gündəlik koronavirusa 76 yeni yoluxma qeydə alınıb.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ümumən Ermənistanda koronavirusa yoluxan 223.460 nəfər qeydə alınıb. Hazırda 3.033 nəfər müalicə olunur, 214.857 nəfər sağalıb, son gündə 4 nəfər olmaqla, 4.478 xəstə ölüb.

Koronavirusu olan daha 1 nəfər digər xəstəliklər ucbatından vəfat edib. Bu cür hadisələrin ümumi sayı 1092-dir.

Beləliklə, ölənlərin ümumi sayı 5570 nəfərdir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər