Ermənistanda keçmiş nazirin həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda keçmiş nazirin həbs müddəti uzadıldı

Dünya

03 Sentyabr 2026 23:28 19


Ermənistanın Antikorrupsiya Məhkəməsi ölkənin keçmiş nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın həbs qətimkan tədbirinin müddətini daha iki ay uzadıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" saytı məlumat yayıb.

Beqlaryan iyunun əvvəlində həbs edilib. İyulun əvvəlində məhkəmə artıq onun həbs müddətini iki ay uzatmışdı. Sezar pizza

Daha əvvəl keçmiş nazirə qarşı 27 daşınmaz əmlak obyektini qanunsuz mənimsəmə və dövlətə təxminən 5.7 milyon dollar ziyan vurma ittihamı ilə cinayət işi qaldırılıb.

Bundan əlavə, Beqlaryana qarşı çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı bir sıra epizodlar üzrə də ittihamlar irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!