Ermənistandan təklif: “Əliyev də razı olsa...”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistandan təklif: “Əliyev də razı olsa...”

Sosial

09 Fevral 2024 20:40 2647


Ermənistan Azərbaycanla danışıqların Avropa Birliyinin (AB) vasitəçiliyi ilə bərpasını dəstəklədiyini bir daha təsdiqləyir.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan deyib.

Ovannisyan bildirib ki, hazırda danışıqların bərpası ilə bağlı dəqiq heç nə yoxdur.  Pepperoni pizza

Onun sözlərinə görə, Ermənistan danışıqların Brüssel formatında bərpasının tərəfdarıdır və bölgədə sülhün bərqərar olması onlar üçün prioritet məsələdir.

Deputat Brüssel formatının bərpası və Azərbaycan Prezidenti İlham Əliyevin buna razılığının olub-olmaması ilə bağlı dəqiq məlumat verməyib. O, rəsmi Bakı razı olacağı halda İrəvanın buna hazır olduğunu söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!