Noyabrın 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac təşkil olunacaq.
“Yeni Sabah” xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 2 milyon ədəd kuponlu, ortamüddətli dövlət istiqrazı çıxarılacaq. Buraxılışın ümumi (məcmu) nominal dəyəri 200 milyon manat təşkil edir.
Tədavül müddəti 720 gün olan bu qiymətli kağızlar üzrə illik kupon dərəcəsi 6,0 faiz müəyyənləşdirilib. İnvestorlara kupon ödənişləri 2027-ci ilin 17 may və 17 noyabr, həmçinin 2028-ci ilin 17 may və 17 noyabr tarixlərində həyata keçiriləcək. İstiqrazların son ödəniş tarixi isə 2028-ci il noyabrın 17-nə təyin olunub. Bakıda online alış-veriş
Hərrac şərtlərinə əsasən, qeyri-rəqabətli sifarişlərin həcmi buraxılışın 20 faizindən artıq olmamaq şərti ilə qəbul ediləcək. Eyni zamanda, iştirakçılar tərəfindən verilən sifarişlərin həcmi təklif olunan istiqrazların 20 faizindən aşağı olarsa, emitent həmin sifarişləri qəbul etməyə bilər. Tələbin təklifi üstələyəcəyi və qiymətin emitenti qane edəcəyi təqdirdə isə hərraca çıxarılan istiqrazların həcmi 100 faizədək artırıla bilər.
Cəlalə Cəlalqızı
Telegram kanalımız