Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Laçın rayonunun Güləbird kənd yaşayış məntəqəsində elektrik təchizatı şəbəkəsinin tikintisi ilə işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, qurumun həyata keçirdiyi satınalma müsabiqəsinin nəticələrinə əsasən, layihənin icrası üçün ümumilikdə 3 milyon 546 min 329 manat vəsait nəzərdə tutulub.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri çərçivəsində Güləbird kəndinin dayanıqlı elektrik enerjisi ilə təmin olunması əhalinin doğma yurdlarına qayıdışı və yaşayış infrastrukturunun qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Elektronika məhsulları
Cəlalə Cəlalqızı
Telegram kanalımız