Məhkəmə Xalq artistinin kürəkəninə dair qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə Xalq artistinin kürəkəninə dair qərar verdi

Kriminal

13 Noyabr 2026 15:43 52


Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində qərar qəbul olunub.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmənin qərarına əsasən, hər iki şəxs barəsində həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb. Bakıda online alış-veriş

Xatırlatma: təqsirləndirilən şəxslər külli miqdarda dələduzluq etməkdə ittiham edilir. Onlar ötən ay məhkımənin qərarı ilə həbs edilib.

Rüfət Qasımzadə və Məmməd Məmmədzadə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

Onların zərərçəkmişlərə vurduğu ziyan 600 min manatdan çoxdur. İş üzrə 4 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Zərərçəkənlərdən Mirəli Cəfərova 65 min 620 manat, Elbrus Seyidova 245 min 650 manat, Elşən Mahmudbəyliyə 112 min 280 manat, Əbülfəz Allahverdiyevə 253 min 500 manat məbləğində ziyan vurulduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!