11 modul tipli məktəbə 5,6 milyon xərclənəcək

saytların hazırlanması

Evə çatdırılma

11 modul tipli məktəbə 5,6 milyon xərclənəcək

İqtisadiyyat

13 Noyabr 2026 15:50 46


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika ərazisində modul tipli təhsil müəssisələrinin qurulması ilə bağlı işlər həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, ölkə üzrə 11 ədəd modul tipli məktəb binasının quraşdırılması işləri “AS-TƏMİR TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib. Qurumla sözügedən şirkət arasında bağlanmış müqavilənin ümumi dəyəri 5 milyon 603 min manat (5.603.000,04 AZN) təşkil edir.

Qeyd edək ki, modul tipli məktəblərin quraşdırılması xüsusilə ucqar və kənd yaşayış məntəqələrində təhsil infrastrukturunun yenilənməsi, qəzalı vəziyyətdə olan məktəb binalarının müasir standartlara cavab verən tədris ocaqları ilə əvəzlənməsi məqsədilə həyata keçirilir. Sərfəli qiymətə məhsullar

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!