“Apple”ın xəbərdarlığı Tailand siyasətçilərini qorxuya saldı

saytların hazırlanması

Evə çatdırılma

“Apple”ın xəbərdarlığı Tailand siyasətçilərini qorxuya saldı

Rəqəmsal

13 Noyabr 2026 15:39 45


“Apple” 99 ölkədəki istifadəçilərinə mümkün casus proqram hücumları ilə bağlı xəbərdarlıq göndərib.

“Yeni Sabah” xəbər verir ki, texnologiya şirkətinin xəbərdarlığı Tailandda müzakirələrə səbəb olub.

Tailand rəsmiləri son hücum cəhdlərinin İsrailin "NSO Group" şirkətinə məxsus “Pegasus” casus proqramı ilə əlaqəli olduğunu təsdiqləyən hər hansı bir sübut əldə etməyiblər. Sərfəli qiymətə məhsullar

Bununla belə, bəzi siyasətçilər “Apple”ın xəbərdarlığından sonra “Pegasus” proqramının yenidən istifadə olunması ehtimalını irəli sürüblər.

2022-ci ildə “Pegasus” proqramının Tailandda demokratiya tərəfdarı olan fəalları izləmək üçün istifadə edildiyi iddia olunmuşdu. Son xəbərdarlıqlar da şəxsi telefonların bu cür izləmə vasitələri qarşısında nə dərəcədə müdafiəsiz qala biləcəyini yenidən gündəmə gətirib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!