Estetik cərrahiyyədə üzün görünüşünü dəyişdirmək üçün istifadə olunan yeni yanaşmalardan biri sosial şəbəkələrdə geniş müzakirə olunur. Müxtəlif pasiyentlərin əməliyyatdan əvvəl və sonrakı görüntüləri bu üsula marağı daha da artırıb.
“Yeni Sabah” xəbər verir ki,iran əsilli estetik cərrah Dr. Farzan Malekzadeh özünün hazırladığını bildirdiyi bu yanaşmanı “Picasso Technique” adlandırır.
Həkimin təqdim etdiyi məlumatlara görə, metod üzün yalnız bir hissəsinə müdaxilə etmək əvəzinə, üzün ümumi quruluşunun birlikdə qiymətləndirilməsinə əsaslanır. Burun, yanaq, çənə, dodaq və üzün digər hissələrinin bir-biri ilə uyğunluğu nəzərə alınaraq fərdi plan hazırlanır. Toyuqlu pizza
Malekzadeh “Picasso Technique”nin bir neçə mərhələdən ibarət olduğunu bildirir. Onun materiallarında bəzi pasiyentlərdə prosesin bir neçə ay, bəzilərində isə daha uzun müddət davam edə biləcəyi qeyd olunur. Yəni nəticə bütün pasiyentlərdə eyni vaxtda formalaşmır. Amma minimum 4-8 ay lazımdır.
Həkim bəzi prosedurlarda dolğu materialları, plazma və digər regenerativ materiallardan istifadə etdiyini, həmçinin xüsusi texnologiyalardan yararlandığını açıqlayır. Metodun təqdimatında P1 adlı robotik sistemdən də bəhs edilir.
“Picasso Technique” adının seçilməsi də həkimin izahına görə üzün ayrı-ayrı hissələrini deyil, bütöv görünüşü formalaşdırmaq ideyası ilə əlaqələndirilir. Malekzadeh öz yanaşmasını rəssam Pablo Pikassonun müxtəlif formaları bir araya gətirərək yeni görüntü yaratması ilə müqayisə edir.
Həkimmetodun 2014-cü ildən formalaşmağa başladığını bildirir. Onun sözlərinə görə, bu yanaşmanın əsas məqsədi üzün təbii proporsiyalarını nəzərə alaraq daha uyğun görünüş yaratmaqdır.
Sosial şəbəkələrdə yayılan çoxsaylı “əvvəl və sonra” görüntülərində pasiyentlərin üz cizgilərində nəzərəçarpacaq dəyişikliklər görünür. Fotolarda xüsusilə burun, çənə xətti, yanaqlar və üzün ümumi ovalındakı dəyişikliklər diqqət çəkir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız