Estetik məşhur fenomeni bu hala saldı -  8-ci dəfə əməliyyat masasında

saytların hazırlanması

Evə çatdırılma

Estetik məşhur fenomeni bu hala saldı - 8-ci dəfə əməliyyat masasında

Şou

17 Sentyabr 2026 08:08 103


Bir neçə dəfə estetik əməliyyatlar etdirən məşhur türkiyəli sosial şəbəkə fenomeni Danla Bilic səhhəti ilə bağlı yenidən xəstəxanaya müraciət edib. O, bu dəfə də əməliyyat keçirdiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə məşhur olan Danla Bilic əvvəllər mədə kiçiltmə əməliyyatı keçirib, daha sonra isə bir sıra estetik müdaxilələr etdirib. İllər ərzində keçirdiyi əməliyyatlarla bağlı müxtəlif sağlamlıq problemləri yaşayan Bilic artıq 7 dəfə əməliyyat olunub. Onun müalicəsi və həkim nəzarəti isə davam edir.

Fenomen bir müddət evində müalicə aldıqdan sonra yenidən xəstəxanaya yerləşdirilib. O, sosial şəbəkə hesabında xəstəxana otağından paylaşım edərək növbəti əməliyyat keçirdiyini bildirib. Dördpendirli pizza

Qeyd edək ki, Bilic bir müddət əvvəl bədənindən çıxarılan dolğunun görüntüsünü də paylaşmışdı. O, “aquafilling” adlı dolğu maddəsindən istifadə etmək istəyənləri ehtiyatlı olmağa çağırmışdı.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!