16 Avqust - 04:44
“Evimə donuz yağı sürtdülər, evlənə bilmədim“  - İbrahim Tatlısəs

“Evimə donuz yağı sürtdülər, evlənə bilmədim“ - İbrahim Tatlısəs

Şou

25 İyun 2022 10:12 1010


Türkiyəli müğənni İbrahim Tatlıses keçmiş həyat yoldaşını ona cadu etməkdə günahlandırıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, özündən 43 yaş kiçik sevgilisiylə bağlı qəribə iddiayla gündəmə gəlib. Gülçin Karakaya ilə ayrılmalarına səbəb kimi keçmiş arvadını göstərib.

O, Gülçinlə evlilik ərəfəsində olduqlarını, lakin oğlu ilə keçmiş arvadının onlara cadu etdiyini bildirib:

"Bodrumdakı evimə donuz yağı sürtüblər... Yoxsa, mən burada ailə qurub evlənirdim. Yazıq qız 48 kiloya düşüb, pərişan oluram. Ona ev aldım, maşın aldım və daha çoxunu edərəm. Amma o qara çadralı (keçmiş arvadı) və oğlu evimə donuz yağı sürtüblər". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!