Evində ölü tapılan aktyorla bağlı yeni detallar – Sevgilisi  hər şeyi danışdı

saytların hazırlanması

Evə çatdırılma

Evində ölü tapılan aktyorla bağlı yeni detallar – Sevgilisi hər şeyi danışdı

Şou

07 Sentyabr 2026 12:02 144


Türkiyənin tanınmış aktyoru Serhat Kılıçın evində ölü tapılmasından sonra bəzi detallar məlum olub.

Belə ki, ondan xəbər ala bilməyən sevgilisi onun evinə gedib. Qapı açılmayanda isə ehtiyat açarla içəri daxil olan Özlem Esmergül aktyoru salondakı kresloda hərəkətsiz vəziyyətdə tapıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə İstanbulun Kağıthane rayonunda baş verib. Həkimlərin müayinəsi zamanı Serhat Kılıçın öldüyü müəyyənləşib. Onun meyiti araşdırmadan sonra Ədli Tibb Müəssisəsinin morquna aparılıb. Sezar pizza

Aktyorun ölümü ilə bağlı araşdırma davam edir və sevgilisi Özlem Esmergülün polisə verdiyi ifadə də ortaya çıxıb. Esmergül bildirib ki, Serhat Kılıçla təxminən 8 il münasibətdə olublar. Onun sözlərinə görə, sentyabrın 3-də saat 11:00-da aktyorun çəkilişi olub. Lakin saat 11:45 radələrində onun çəkilişə getmədiyini öyrənib.

Sevgilisi ilə telefonla danışan Esmergül Kılıçın boyun yırtığından əziyyət çəkdiyini, ağrılarının olduğunu və çoxlu dərman qəbul etdiyini bildirib. Aktyor həmçinin meneceri ilə danışaraq çəkilişə niyə getmədiyini izah edəcəyini deyib.

Bir müddət sonra Esmergül yenidən Kılıça zəng edib və çəkilişə getmədiyi üçün ona irad bildirib. Kılıç isə xəstəliklə bağlı arayışı olduğunu və problem olmayacağını deyib. Həmin gün saat 16:00 radələrində aktyor sevgilisinə yenidən zəng edib. Esmergül onun ağlamağa yaxın səslə çəkilişdən çıxarıldığını, buna görə çox pis olduğunu və ağrılarının keçmədiyini söylədiyini bildirib.

Kılıç həmin vaxt heç kimlə görüşmək istəmədiyini deyərək telefonu bağlayıb.

Esmergül ifadəsində daha sonra aktyora zəng və mesajlarla dəstək olmağa çalışdığını bildirib. Lakin Kılıç onun zənglərinə və mesajlarına cavab verməyib. O, aktyorun dərmanların təsirindən yatdığını və bir müddət tək qalmaq istədiyini düşündüyünü deyib.

Sentyabrın 5-də saat 17:00 radələrində Kılıça yenidən zəng edən Esmergül onun telefonunun söndürüldüyünü görüb. Bundan sonra aktyorun Nurtepe məhəlləsində yerləşən evinə gedib. Ehtiyat açarı olduğu üçün mənzilə daxil olan Esmergül Kılıçı kresloda əlləri sinəsinin üzərində, hərəkətsiz vəziyyətdə görüb.

İlk olaraq onun yatdığını düşündüyünü deyən Esmergül aktyora səsləndiyini və qolundan tutaraq silkələdiyini bildirib. Bədəninin soyuq olduğunu və reaksiya vermədiyini gördükdən sonra vəziyyətdən şübhələnib. O, əvvəlcə Kılıçın bacısı Sinem Kılıça zəng edib, daha sonra 112-yə məlumat verib.

Özlem Esmergül aktyorun yüksək təzyiq, qastrit və boyun yırtığından əziyyət çəkdiyini bildirib. Onun sözlərinə görə, Kılıç boyun ağrıları üçün yaşıl reseptlə verilən dərmandan, təzyiq dərmanından və gündə 7-8 ədəd qəbul etdiyi başqa bir dərmandan istifadə edirdi.

Esmergül aktyorun hər hansı narkotik maddə və ya alkoqol asılılığının olmadığını deyib. 

Aktyorun ölüm səbəbi ilə bağlı araşdırma davam edir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!