Xalq artisti Faiq Ağayev 1991-ci ildən bəri ictimai nəqliyyatdan istifadə etmədiyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq olan ifaçı sonuncu dəfə Yeni il bayramından sonra, 1991-ci il yanvarın 3-də istifadə etdiyini deyib.
Faiq Ağayev qeyd edib ki, həmin dövrdə mobil telefon və fotoaparat olmasa da, Yeni il gecəsi AzTV-də ifa etdiyi mahnıdan sonra tanınmağa başlayıb: Toyuqlu pizza
“Xalq artisti Eldar Mansurovun mənim üçün yazdığı “Ola bilməz” mahnısını oxumağa çıxmışdım. Allah can sağlığı versin, Nazim Məlik Zeynalov. Sovet zamanında bütün Yeni il gecələrini o çəkirdi. O məni elə bir zamana salmışdı ki, Yeni il gecəsində hamı baxdı və səhər bütün Azərbaycanda məşhur oldum”.
Faiq Ağayev ən böyük arzularından birinin bundan sonra metroya qayıtmaq olduğunu ifadə edib.
Aydan Hacı
Telegram kanalımız