Faiq Ağayev “ləçər kişi”lərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Faiq Ağayev “ləçər kişi”lərdən danışdı

Şou

12 May 2025 16:26 440


Faiq Ağayev efir məkanımızdakə bəzi halları tənqid edib. 

Yenisabah.az olay-a istinadla xəbər verir ki, Xalq artisti televiziyada “ləçər kişi” obrazı yaradıldığını dilə gətirib:

“Çıxırlar efirə ağzıyamaq, çirkin danışırlar. Bizim belə bir ifadəmiz var, deyirlər, arvad kimi özünü aparma. İndiki dövrdə bu normal söz deyil. Biz arvada layiq görmədiyimiz hərəkətləri şəxsiyyət vəsiqəsində “kişi” yazılan insanların simasında görürük. Kişi sambalını qorumalıdır. Həyasız kimi davranmamalı, qışqırmamalıdır. Onlar cəmiyyətin bir hissələridir. Kaş olmayaydılar. Marqarita pizza

“Kişi” sözü insanın mərdliyini, etibarlılığını nəzərdə tutur. Hətta xanımlar var ki, onlar üçün deyirik, "kişi kimi adamdır". Bu, cinsiyyətə aid olan konkret ifadə deyil. Xasiyyətə verilən qiymətdir. Şəxsiyyət vəsiqəsinə görə, kişi olanlar bacarmır, amma qadınlar kişilərdən artığını edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!