Faiq Ağayev: “Mənim kəbinli arvadım var”   -  VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Şou

16 Sentyabr 2025 10:31 1918


Xalq artisti Faiq Ağayev evlilik suallarına cavab verib

Yenisabah.az xəbər verir ki, xalq artisti Faiq Ağayev bu barədə “Gün ortası” verilişində danışıb.

İfaçıya ünvanlanan “Dörd il ailəli olmusunuz, bəs niyə bir daha evlənməmisiniz?” sualına sənətkar maraqlı cavab verib: pizza hut

“Mənim kəbinli arvadım var. O da mənim sənətimdir. Hamıdan çox qısqancdır, hamıdan çox tələbkardır, hamıdan çox mənə sığal çəkir, hamıdan çox da dəstək olur. Həyat hamıda eyni cür olmamalıdır. Mənim sənətim elə tələbkardır ki, evlənmək üçün gərək onunla ‘boşanım’. Amma bunu da etmək istəmirəm. Sənətimi çox sevirəm, onunla bütün oluram. Küçədən bir pişik götürmüşəm, vaxtımı onunla keçirirəm”.

Müğənninin bu çıxışı izləyicilər tərəfindən maraqla qarşılanıb. Görüntünün şərh bölməsində Faiq Ağayevin böyük sənətkar olduğu vurğulanıb, həmçinin onun mahnılarının övladları qədər dəyərli olduğu qeyd edilib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!