Xalq artisti Faiq Ağayev mərhum həmkarı Rəhim Rəhimlini xatırlayıb.
Yenisabah.az xəbər verir ki, “Xəzər axşamı” verilişinin qonağı olan sənətçi həmkarlarına çağırış edib.
O, Rəhimin mahnılarını oxumaq lazır olduğunu bildirib: Sezar pizza
“Mən sizə başqa bir sirrin üstünü açım. Rəhim də səsyazısını və masterinq işlərini çalışdığım studiyada edirdi. Mən də ora gedirəm. Sonradan anası da təsdiqlədi ki, 7 yeni mahnısı var idi. O tam yeni, böyük qayıdış fikirləşirdi və özü üçün 7 yeni mahnı yazmışdı.
Mən əziz həmkarlara müraciət edirəm, gəlin, biz Rəhimin mahnılarını oxuyaq. Rəhmətlik İlhamə Quliyeva dünyasını dəyişəndə biz bunu etmişdik. Hərəmiz mərhum sənətçinin bir mahnısını oxumuşduq.
Təklif edirəm ki, bacaranlar bir mahnı seçsin. İnşallah, ilinə qədər onu təqdim edək ki, onun da ruhu şad olsun. Musiqiçiyə bundan böyük hədiyyə olmaz, ruhuna da ehsan olar. Düşünürəm ki, bunu etmək lazımdır”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız