Güclü külək, leysan, dolu: Azərbaycanda   hava dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək, leysan, dolu: Azərbaycanda hava dəyişdi

Sosial

21 Avqust 2026 11:28 85


Avqustun 20-də Azərbaycanın bəzi rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunub, ayrı-ayrı ərazilərdə leysan xarakterli intensiv yağış yağıb və dolu düşüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ən çox yağıntı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöldə 5 millimetr qeydə alınıb. Marqarita pizza

Xınalıqda 4, Ağdam və Qəbələdə 3, Qaxda isə 2 millimetr yağıntı düşüb. Bir sıra digər rayonlarda, o cümlədən Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı və Füzulidə yağıntının miqdarı 1 millimetrədək olub.

Ən diqqətçəkən hadisələrdən biri Kəlbəcərdə qeydə alınıb. Avqustun 20-də saat 20:25-20:33 radələrində Kəlbəcər rayonunun İstisu qəsəbəsinin Alagöllər ərazisinə diametri 8-10 millimetr olan dolu düşüb.

Eyni zamanda, ölkə ərazisində şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 19, Gəncədə 18, Şəmkir, Şabran və Naftalanda isə 16 m/s-yə çatıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!