ABŞ ilə İran arasında gərginliyin yenidən artması Fars körfəzində mümkün hərbi qarşıdurma ehtimallarını da gücləndirib. Dünyanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan bu bölgədə baş verə biləcək hər hansı eskalasiya təkcə iki ölkəyə deyil, qlobal iqtisadiyyata və beynəlxalq təhlükəsizliyə də ciddi təsir göstərəcək.
Bəs ABŞ mümkün qarşıdurma zamanı İranın dəniz imkanlarını sıradan çıxara bilərmi?
"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, son günlər körfəz ətrafında vəziyyət yenidən gərginləşib və ABŞ İranın bölgədəki qüvvələrinə qarşı əməliyyatlarını intensivləşdirib. pizza sifarişi
Onun sözlərinə görə, hazırda Vaşinqton və Tehran arasında əsas qarşıdurma səbəbi Fars körfəzinin gələcək taleyi və bu strateji bölgəyə nəzarət məsələsidir:
“Dünyanın enerji təchizatının mühüm hissəsi Fars körfəzi vasitəsilə həyata keçirilir. Buna görə də ABŞ və İran bu bölgədə üstünlük əldə etmək uğrunda ciddi rəqabət aparırlar. Artıq ötən il baş verən müharibədən sonra İranın nüvə proqramı məsələsi əvvəlki qədər ön planda deyil. Hazırda əsas diqqət körfəzin gələcək geosiyasi taleyinə yönəlib.”
Politoloq qeyd edib ki, ABŞ İranın dəniz potensialını zəiflətmədən bölgədə üstün mövqe qazanmasının çətin olduğunu yaxşı anlayır:
“Vaşinqton çalışacaq ki, əsas diqqəti İranın dəniz imkanlarının sıradan çıxarılmasına yönəltsin. Böyük ehtimalla növbəti ABŞ–İran qarşıdurması zamanı əsas hədəf İranın dəniz sistemləri olacaq. Hətta müharibənin əsasən dənizdə cərəyan etməsinin şahidi ola bilərik.”
Z. Əmrəliyev vurğulayıb ki, İranın həm hərbi dəniz donanması, həm də SEPAH-ın dəniz qüvvələri kifayət qədər ciddi imkanlara malikdir və bu qüvvələr Tehrana xüsusilə Fars körfəzi ətrafında təsirini qoruyub saxlamağa şərait yaradır.
Ekspertin fikrincə, ABŞ mümkün üstünlüyü təmin etmək üçün bölgədəki hərbi iştirakını daha da gücləndirməlidir:
“ABŞ Fars körfəzi ətrafında dəniz qüvvələrinin sayını artırmalı, bölgəyə yeni hərbi gəmilər və texnika göndərməli, şəxsi heyəti gücləndirməlidir. Belə olacağı təqdirdə, tərəflər arasında baş verə biləcək hərbi toqquşmada Vaşinqtonun üstünlük əldə etmək şansı daha yüksək ola bilər.”
Telegram kanalımız