“Farslar oturub bizə gülürlər!” -   Amerikada yaşayan Elarizdən sərt çıxış + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Farslar oturub bizə gülürlər!” - Amerikada yaşayan Elarizdən sərt çıxış + VİDEO

Siyasət

24 Mart 2026 21:53 28230


Uzun illərdir Amerikada yaşayan azərbaycanlı müğənni Elariz Məmmədoğlu Novruzla bağlı qalmaqallı fikirlər səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi iddia  edir ki, bu bayram “Novruz bayramı” deyil, “Bahar bayramı” adlandırılmalıdır:

“Bəzən elə olur ki, böyük bir xalqın əksəriyyəti eyni fikri səsləndirir, amma bir nəfər çıxıb fərqli və məntiqli danışır. Əgər onun dediklərində həqiqət, arqument və məntiq varsa, sonda hamı etiraf edir ki, bu adam düz deyir. Pepperoni pizza

Bax, siz deyirsiniz “Novruz bayramı”, mən isə deyirəm “Bahar bayramı”. Mən bunu hər yerdə deyirəm, çıxışlarımda da, konsertlərdə də, toylarda da. Amma böyük əksəriyyət “Novruz bayramı” deyir. Deyirsiniz ki, min illərdir, yüz min illərdir bahar gəlir.

Axı baharın qarşısını almaq mümkün deyil. Hər ilin müəyyən vaxtında bahar gəlir. Qədimdə təqvim olmasa da, indiki təqvimlə bu, martın 20-si, 21-i tarixlərinə düşür. Bahar gələndə insanın qanı da qaynayır, təbiət də oyanır. Bu dövrdə yeyilən şirniyyatlar, qoz-fındıq və digər nemətlər də insan orqanizmi üçün lazım olan şeylərdir”. 

Müğənni “Novruz” sözünün fars mənşəli olduğunu vurğulayaraq bu bayramın adının “Bahar bayramı” kimi təqdim edilməsinin daha doğru olacağını deyib:

“Niyə biz baharın gəlişini yad sözlərlə adlandırmalıyıq? Niyə bunu fransızlaşdırmalı, ingilisləşdirməli, ruslaşdırmalı, italiyanlaşdırmalı, farslaşdırmalıyıq?! “Nov” farsca “yeni”, “ruz” isə “gün” deməkdir. Elə “Novruz” da “yeni gün” mənasını verir. Məsələn, İranda qəzetə “ruznamə” deyirlər, çünki hər gün çıxır. Yaxud “Allah ruzunu bol eləsin” deyəndə də “gündəlik qazancını bol eləsin” nəzərdə tutulur.

Yəni “Novruz” fars sözüdür. Farslar da oturub bizə gülürlər ki, bütün türk dünyası bizim bayramımızı qeyd edir. Bu, bizə lazımdırmı? Vaxtilə ruslar bizi öz təsiri altına salmağa çalışırdı, indi də farslar.

Əgər biz bu bayramı baharın gəlişi ilə bağlı “Bahar bayramı” adlandırsaq, bu, bütün türk dünyasına nümunə ola bilər. Türk dünyasının dövlətləri də bu bayramı “Bahar bayramı” kimi təqdim edə bilərlər və biz bu məsələdə örnək ola bilərik.

Əgər bunu mən - Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmiş bir adam anlayıramsa, bəs bu qədər vəzifəli şəxslər, rəhbərlər, onların birinci, ikinci, üçüncü müavinləri niyə bunu anlamırlar?!

Özünüz bilərsiniz, mən sadəcə fikrimi deyirəm. Amma zaman gələcək, görəcəksiniz ki, deyilən sözün həqiqət payı var. Bu bayramın adı “Novruz” yox, “Bahar bayramı” olmalıdır”.

Qeyd edək ki, 2017-ci ilin yazında Elariz Məmmədoğlunun xanımı “Green Card” lotereyasında qalib gəlib və onlar ABŞ-da daimi yaşamaq hüququ verən sənəd alıblar. 2019-cu ilin əvvəlində ABŞ-a köçən sənətçi Nyu-York restoranlarının birində çalışır. O, Amerikada bir çox azərbaycanlıların toylarını idarə edir.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Səxavət
    Gör bizə ağıl kim verir.
    2 months ago
  • Mirzəqulu dayı
    Novruz bayramının farsa aidiyyatı yoxdu məncə. Novruz bayramı farsın deyil, bizim bayramımızdı. Sənin məsləhətinə qalınca boş və yersiz bir məsləhətdir. Bildiyini danış, beş-on axmaq farsın dediyi bizim üçün önəmli deyil
    2 months ago
  • Azər
    Tamamilə haqlıdır
    2 months ago
  • N.Nasirli
    Bu bayramın orjinal adı Naruz/Nariz/ vayramıdır.tək tanrıya inanna qədim Türklərin 2 böyük müqəddəs bayramlardan 1-i Nartoqan//Nardoğan/ biridə Naruz/Nariz/ -dir.Əski türkcədə Nar günəş deməkdir.yəni Günəşin isinmədi,qızması.hər iki bayram təbiətlə əlaqəli bayram olub.bunun daşa,pütə inanmış farslarla heç bir əlaüədi olmamı..hər iki bauramın fəlsəfəsi var.
    2 months ago
  • Mirzəyev Cavid
    .....
    2 months ago
  • Ali Ismailov
    Bu, savadlı bir irad olmadı. Bahar fars sözüdür. Yaz bayramı desək, daha məqsədəuyğundur. Yaz əsil qədim türk sözüdür.
    2 months ago
  • Nuri
    Elariz, qardaş, siz nə danışdığınızı anlayırsız? Siz tarixi vərəqləyin baxın bu bayramın kökü haradan gəlir.
    2 months ago
  • Anar
    Elariz qaş düzəldən yerdə göz çıxardır.elə bilirki Bahar sözü türkcədir.daha bilmirki Bahar sözü də farscadır
    2 months ago
  • Abbas
    Kişinin oğlu düz deyirdə ə . . . Amma bunu gərək Dövlət başçısı desin. Digərlərinə xitab etməyin mənası yoxdur. O isə bilir nəyi, necə, nə vaxt və harada desin
    2 months ago
  • Yaşar
    Tamamilə haqlıdır.
    2 months ago
  • Azad
    Azərbaycan çox milətli ölkədir Novruz sözün mənası talış dilində və tat dilindədir,Bahar sözü ümumiyyətlə yaddır bu bayrama,ikincisi Elariz kimdir ki,tarixən Novruz olan vayramın adını dəyişdin Sadəcə danışır boş verin,Elarizin yadından çıxıb ki,talış,tat millətinin dili köklü fars dili qrupona aiddir.
    2 months ago