Nikah dövründə götürülən kredit ər-arvad arasında belə bölünür

saytların hazırlanması

Evə çatdırılma

Nikah dövründə götürülən kredit ər-arvad arasında belə bölünür

Sosial

11 Noyabr 2026 11:02 114


Ailə qurduqdan sonra həyat yoldaşlarından birinin kredit götürməsi boşanma zamanı tərəflər arasında mübahisəyə səbəb ola bilir. Məsələn, qadın nikah dövründə 50 min manat kredit götürür, boşanma zamanı isə borcun yarısının ər tərəfindən ödənilməsini tələb edir. Ər isə kredit onun adına olduğu üçün məsuliyyət daşımadığını bildirir.

Bəs belə hallarda borc ər-arvad arasında necə bölünür? Kredit müqaviləsinin kimin adına olması həlledici rol oynayır, yoxsa pulun hansı məqsədlə xərcləndiyi əsas götürülür?

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən vəkil Babək Həmidov bildirib ki, nikah müddətində əldə edilən aktiv və passiv borclar birgə nikah müddətində əldə edildiyindən birgə öhdəlik və birgə mülkiyyət hesab oluna bilər: Online shopping Azərbaycan

“Nəticə etibarilə cari situasiyada kreditin təyinatı və hara xərclənməsi çox önəmli məqamdır. Əgər müəyyən olunsa ki, kreditin təyinatı və xərcləndiyi yer ailənin birgə təsərrüfatı, yəni həyat səviyyəsinin yaxşılaşdırılması, təmir, tikinti, birgə yaşadıqları evə dair müəyyən əşyaların əldə edilməsi və yaxud da hər hansı bir birgə mülkiyyətə dair əmlakın əldə edilməsidirsə, nəticə etibarilə həmin kredit borcunun bölünməsi məhkəmə tərəfindən həyata keçirilə bilər.

Əgər qeyd edildiyi kimi, vəsait onu əldə edən tərəfin şəxsi ehtiyacları üçün əldə edilibsə, belə olduğu təqdirdə isə həmin kredit tərəflər arasında bölünmür”.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!