Fazil Mustafadan nazir müavininə sərt sözlər: “10 milyon vətəndaşımızla məzələnir”

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafadan nazir müavininə sərt sözlər: “10 milyon vətəndaşımızla məzələnir”

Sosial

04 İyul 2023 16:00 12815


Milli Məclisin deputatı Fazil Mustafa Səhiyyə nazirinin müavini Rasim İsmayılova cavab verib. 

Yenisabah.az xəbər verir ki, nazir müavininin bugünkü açıqlaması millət vəkilini qıcıqlandırdığı üçün o, R.İsmayılova özünəməxsus formada etiraz edib. 

Fazil Mustafa sosial şəbəkə hesabında belə yazıb:  Toyuqlu pizza

"Dərman qiymətlərinin fırıldağı ilə bağlı məsələni bir neçə dəfə Milli Məclisdə gündəmə gətirmişəm. Hətta şüar da təklif etmişəm: Biz qardaş Türkiyə ilə “Bir millət, bir dərman, iki dövlət” olmalıyıq. İndi bu mövzuda Səhiyyə nazirinin müavininin açıqlamasını həm də şəxsimə cavab olaraq görürəm. Doğrudanmı belə cavab verib? Doğrusu, inanmağım gəlmədi. Ancaq inanın ki, çox sevdiyim Molla Nəsrəddinin lətifələrinə bu qədər gülməmişdim. Görün, necə baməzə, 10 milyon vətəndaşımızla məzələnən bir cavab verilib: 

“Bir çox hallarda Azərbaycandakı dərman qiymətlərini Türkiyə ilə müqayisə edirlər. Amma baxsaq görərik ki, orada dərman vasitələrinin əksəriyyəti daxili istehsaldır. Necə ki bizdə təbii qaz, dizel Türkiyədən ucuzdur, eləcə də dərman vasitələrinin orada daha ucuz olması təbii qəbul olunmalıdır. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?!”

Deputat daha sonra bunları qeyd edib:

"Bu məntiqlə gərək bizdə təyyarələrin uçuş qiyməti də Gürcüstandan qat-qat ucuz ola! Onlarda da neft yoxdur". 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!