FED uçot dərəcəsini artırdı

saytların hazırlanması

Evə çatdırılma

FED uçot dərəcəsini artırdı

Dünya

02 Fevral 2023 01:25 631


ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 faiz bəndi həddində artırıb.

Yenisabah.az xəbər verir ki, bununla da uçot dərəcəsi 4,50-4,75 %-ə çatdırılıb.

"Komitə (Açıq bazar üzrə əməliyyatlar) uzun müddət ərzində maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,50-4,75%-ə yüksəltmək qərarına gəlib", - Komitənin mesajında ​​deyilir. Sezar pizza

Komitənin bütün üzvləri qərarın lehinə səs veriblər. Eyni zamanda, FED hesab edir ki, pul siyasətinin məqsədlərinə nail olmaq üçün hədəf faiz bandının davamlı artırılması məqsədəuyğun olacaq.

Qeyd edək ki, FED 2022-ci ildə uçot dərəcəsini yeddi dəfə artırıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!