Fenomenlərə şok - “İnstagram” hesabları bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Fenomenlərə şok - “İnstagram” hesabları bağlandı

Şou

08 İyun 2026 14:33 254


Türkiyədə bir neçə tanınmış sosial media simasının “İnstagram” hesablarına giriş məhdudlaşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, sosial media fenomenləri kimi tanınan Dilan Polat və Mükremin Gezginin “İnstagram” profilləri platforma tərəfindən bloklanıb və görünməz hala gətirilib.

Məsələ ilə bağlı rəsmi açıqlama olmasa da, Türkiyə mətbuatında yayılan məlumatlarda bu cür məhdudiyyətlərin adətən platforma qaydalarının pozulması, şikayətlər əsasında aparılan yoxlamalar və ya hüquqi proseslərlə əlaqəli ola biləcəyi qeyd edilir. Xüsusilə son illərdə sosial şəbəkələrdə aktiv olan bir sıra məşhurların maliyyə əməliyyatları, reklam fəaliyyəti və paylaşımları üzərindən monitorinqin gücləndirildiyi vurğulanır. pizza sifarişi

Hesabları bloklanan şəxslərdən Dilan Polat alternativ “İnstagram” hesabı vasitəsilə paylaşım edərək vəziyyətə münasibət bildirib. O, paylaşımında həyatına dair məyusluq tonlu ifadələr işlədərək hesabların onun üçün əsas əhəmiyyət daşımadığını, hazırkı vəziyyəti qəbul etdiyini qeyd edib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!