Fərda yenə konsertlərini təxirə saldı

saytların hazırlanması

Evə çatdırılma

Fərda yenə konsertlərini təxirə saldı

Şou

17 Mart 2023 23:27 1138


Aktyor Fərda Xudaverdiyevin Mingəçevir və Gəncədə baş tutması planlaşdırılan konsertləri növbəti dəfə təxirə düşüb.

Yenisabah.az xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədə paylaşım edib. O, üzrlü səbəblərdən konsertinin keçirilməyəcəyini bildirib.

"Söz verirəm ki, tarixlər bəlli olduqdan sonra may ayında sizin qarşınızda olacağam. Əldə etdiyiniz biletləri geri qaytarın. Anlayışınız üçün minnətdaram", - Fərda qeyd edib.

Qeyd edək ki, daha əvvəl də Fərdanın fevralda Mingəçevirdə və Gəncədə keçirilməsi planlaşdırılan konserti Türkiyədəki zəlzələ ilə əlaqədar təxirə salınmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!