Ferhad Göçerin “Çırpınırdı Qaradəniz” ifası ayaq üstə alqışlandı 

saytların hazırlanması

Evə çatdırılma

Ferhad Göçerin “Çırpınırdı Qaradəniz” ifası ayaq üstə alqışlandı 

Şou

20 Oktyabr 2025 11:38 526


Eyyub Hüseynzadənin “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə  Ferhad Göçer Heydər Əliyev Sarayında  konsert proqramı ilə çıxış edib.

Yenisabah.az xəbər verir ki, o, səhnəyə çıxan andan etibarən tamaşaçılarla səmimi ünsiyyət quraraq həm klassik repertuarından, həm də yeni layihələrindən parçalar ifa edib.

Müğənni Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürünü bildirib: “Bakıda olmaq, bu gözəl səhnədə sizlər üçün oxumaq mənim üçün böyük şərəfdir. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir – bunu hər səfərimdə daha da dərindən hiss edirəm.” Dördpendirli pizza

Gecənin sürprizi isə “Çırpınırdı Qaradəniz” mahnısının səsləndirilməsi olub. Göçerin özünəməxsus şəkildə təqdim etdiyi musiqi zalda duyğulu anlar yaşadıb. Sözügedən ifa 18 oktyabr “Dövlət Müstəqilliyinin Bərpası günü”nə həsr edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!