Ferrari və Lamborghini-dən radikal addım

saytların hazırlanması

Evə çatdırılma

Ferrari və Lamborghini-dən radikal addım

İqtisadiyyat

09 Sentyabr 2026 17:55 102


Lüks və yüksək performanslı avtomobil seqmentində illərdir istifadə olunan ənənəvi geri ötürmə sistemi öz yerini yeni texnologiyalara güzəştə gedir.

“Yeni Sabah” xairic mediaya istinadən xəbər verir ki, “Ferrari”, “Lamborghini”, “McLaren” və “Aston Martin” kimi aparıcı brendlər daxili yanma mühərrikli hibrid modellərində geri hərəkət üçün mexaniki dişlilərdən imtina edərək elektrik mühərriklərinə üstünlük verməyə başlayıblar.

Elektrik mühərriklərinin fırlanma istiqamətini asanlıqla dəyişə bilməsi sürət qutusunda ayrıca geri ötürmə mexanizminə olan ehtiyacı aradan qaldırır. Bu yenilik avtomobilin ümumi çəkisini azaltmaqla yanaşı, transmissiya sistemində də əlavə sahəyə qənaət etməyə imkan verir. pizza sifarişi

Artıq “Ferrari SF90 Stradale”, “McLaren Artura”, “Aston Martin Valhalla” və “Lamborghini Revuelto” kimi supersport modellərində geri hərəkət birbaşa elektrik mühərrikləri vasitəsilə həyata keçirilir. Hətta benzinli mühərrik işləmədiyi halda belə, nəqliyyat vasitəsi tam elektrik gücü ilə geri hərəkət edə bilir. Mütəxəssislərin fikrincə, hazırda yalnız bahalı hibrid avtomobillərdə tətbiq edilən bu texnologiyanın rəqəmsallaşma və elektrikifikasiya sürətləndikcə avtomobil sənayesində daha geniş yayılacağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!