FETÖ liderinin  qardaşı oğlu tutuldu

saytların hazırlanması

Evə çatdırılma

FETÖ liderinin qardaşı oğlu tutuldu

Dünya

19 Dekabr 2025 13:08 331


FETÖ lideri Fətullah Gülənin qardaşı oğlu Yasir Gülən saxlanılıb.

“Yeni Sabah” “CNN Türk”ə istinadən xəbər veriri ki, o, “silahlı terror təşkilatına üzv olmaq” ittihamı maddəsi ilə axtarışda idi.

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları Milli Kəşfiyyat Təşkilatı (MİT) və Polis İdarəsinin Kəşfiyyat Şöbəsi ilə birgə FETÖ üzrə axtarışda olan şəxslərin tutulmasına yönəlmiş əməliyyat keçirib. pizza sifarişi

Aparılan araşdırmalar zamanı "Bank Asiya" hesablarında artım olduğu, eləcə də sözdə “sohbet” toplantılarında iştirak etdiyi müəyyən edilən Yasir Gülenin İstanbulda olduğu aşkarlanıb.

Yasir Gülen FETÖ lideri Fətullah Gülenin qardaşı Salih Gülenin oğludur.

Texniki və fiziki izləmədən sonra şübhəlinin Ümraniyə rayonunda gizləndiyi ünvan müəyyənləşdirilib və keçirilən əməliyyatla saxlanılıb.

Yasir Gülen barəsində istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!