FHN küləkli hava ilə bağlı müraciət yaydı

saytların hazırlanması

Evə çatdırılma

FHN küləkli hava ilə bağlı müraciət yaydı

Sosial

10 İyul 2023 10:03 603


Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib.

Yenisabah.az xəbər verir ki, nazirliyin müraciətində deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah Bakı şəhəri və Abşeron yarımadasında külək əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Sezar pizza

Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır.

Həmçinin, güclü külək baş verən yanğınların söndürülməsi əməliyyatını çətinləşdirdiyindən küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!