FIFA 2025-ci il Klublararası Dünya Çempionatından sonra həmrəylik proqramı çərçivəsində klublara ayrılan təxminən 250 milyon dolları hələ də ödəməyib.
"Yeni Sabah" The Athletic-ə istinadla xəbər verir ki, turnirdə iştirak edən klublara nəzərdə tutulan mükafatlar artıq tam şəkildə ödənilsə də, həmrəylik proqramı çərçivəsində digər peşəkar klublara ayrılmış vəsait (təxminən 67,5 min ABŞ dolları) hələ də köçürülməyib.
Bundan başqa, FİFA 2029-cu il Klublararası Dünya Çempionatının keçirilməsi ilə bağlı da yekun qərar verməyib. Yarışın gələcəyi, maliyyələşdirilməsi və kommersiya modeli ilə bağlı müzakirələr davam edir. Təşkilat rəhbərliyi ətrafında yaranan son mübahisələrin isə qərarvermə prosesini daha da çətinləşdirdiyi qeyd olunur. pizza sifarişi
Telegram kanalımız