Filippində bərə faciəsi: 5 nəfər öldü, 87 nəfər itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Filippində bərə faciəsi: 5 nəfər öldü, 87 nəfər itkin düşdü

Hadisə

10 Sentyabr 2026 13:11 65


Filippində Manila şəhərindən Palavan əyalətinin Koron bölgəsinə gedən sərnişin bərəsində yanğın baş verib. 

“Yeni Sabah” xəbər verir ki, hadisə zamanı gəmidə 117 sərnişin və 17 ekipaj üzvü olmaqla ümumilikdə 134 nəfər olub.

İlkin məlumata görə, yanğın nəticəsində 5 nəfər həyatını itirib, 42 nəfər xilas edilib. Hazırda 87 nəfərdən isə xəbər yoxdur. Dördpendirli pizza

Bildirilib ki, bərə hərəkətdə olarkən naməlum səbəbdən alovlanıb. Yanğının baş verməsindən sonra əraziyə xilasetmə qrupları cəlb olunub. Ekipajlar həm dənizdə axtarış-xilasetmə işləri aparır, həm də xilas edilən şəxslərə yardım göstərirlər.

Hazırda itkin düşən 87 nəfərin axtarışı davam etdirilir. Hadisənin başvermə səbəbi isə hələlik məlum deyil.

Yetkililər axtarış-xilasetmə əməliyyatının yekunlaşmasından sonra ölən və itkin düşən şəxslərin sayının dəqiqləşdiriləcəyini bildiriblər.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!