Floydun xanımı danışdı  – “Ədalət istəyirəm!”
03 İyn 2020 11:26
244

Floydun xanımı danışdı – “Ədalət istəyirəm!”

ABŞ-da polis tərəfindən nəzarətə götürülərkən qətlə yetirilən Corc Floydun həyat yoldaşı və qızı hadisədən sonra ilk dəfə ekran qarşısına keçib.

Yenisabah.az xəbər verir ki, Floydun 6 yaşlı qızı Ciyanna və yoldaşı Roksi Vaşinqton Minneapolisdə mətbuat konfransı keçirib. Göz yaşlarını saxlamaqda çətinlik çəkən Vaşinqton kimi itirdiklərindən danışıb: "Bizim əlimizdən nəyi aldığınızı bilməyiniz istəyirəm. Onlar günün sonunda evə qayıdıb ailələriylə birgə olurlar. Amma artıq Ciyannanın atası yoxdur. Onun böyüdüyünü görə bilməyəcək. Məzuniyyətinə gələ bilməyəcək, toyunda yanında olmayacaq. Mən övladım və Corc üçün buradayam. Onun üçün ədalət istəyirəm. Çünki o, yaxşı bir insan idi. Digərləri nə düşünür düşünsün".

Oxşar xəbərlər