Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazandı

saytların hazırlanması

Evə çatdırılma

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazandı

İdman

04 Oktyabr 2026 14:54 105


Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.

"Yeni Sabah" xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda hindistanlı Harş Sinhi məğlub edib.

Ə.Yusifov 1/4 finalda rusiyalı Ayub Bliyevlə üz-üzə gələcək. Dördpendirli pizza

Azərbaycan idmançısı daha əvvəl 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub etmişdi.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!