Formula 1 jurnalisti Bakıya heyran qaldı: “Ən çətin mərhələlərdən biridir”

saytların hazırlanması

Evə çatdırılma

Formula 1 jurnalisti Bakıya heyran qaldı: “Ən çətin mərhələlərdən biridir”

Sosial

24 Sentyabr 2026 11:29 139


Bakıdakı yarış mövsümün ən çətin mərhələlərindən biridir. Trasın quruluşu mürəkkəbdir, bəzən güclü külək olur. Şəhər trasları ümumiyyətlə daha çətindir. Bununla yanaşı, çox unikal sınaqdır, çünki tras eyni zamanda çox sürətlidir. Sürücülərin Bakıya gəlməyi çox sevdiyini bilirəm.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “The Race” saytının jurnalisti Skott Miçell-Malm Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı danışarkən deyib.

O bildirib ki, Bakıdakı yarış jurnalistlər üçün də əlverişli şəraiti ilə seçilir: “Burada işləyənlər üçün təmin olunan şəraitə görə bu, ən yaxşı məkanlardan biridir. Yarışa ev sahibliyi etməyinizin 10 ili çox tez keçdi. Mənə elə gəlir ki, bu yarış artıq təqvimin tam formalaşmış, əsas yarışlarından birinə çevrilib. Düşünürəm ki, ümumi bir tədbir kimi onun təqvimdə yer almağa layiq olduğu artıq sübut olunub”. Toyuqlu pizza

Skott Miçell-Malm qeyd edib ki, 2018-ci ildən etibarən Bakıdakı yarışları izləyir: "Ötən ili çıxmaq şərtilə, hər il buraya gəlirəm".

Jurnalist Formula 1-də konkret bir komandaya azarkeşlik etmədiyini də bildirib. Onun sözlərinə görə, nisbətən kiçik komandaların mübarizəsini izləmək daha maraqlıdır: “Sevimli komandam yoxdur, mənə sevimli komanda seçməyə icazə verilmir (gülür). Yoxsa başqa komandaların azarkeşləri üstümə düşərlər. Məncə, bütün komandaların yaxşı və pis tərəfləri var. Təbii ki, bəzi komandalarla münasibətləriniz digərlərinə nisbətən daha yaxşı olur. Şəxsən mən hər zaman daha kiçik komandaları dəstəkləyirəm. Məsələn, “Haas” və ya “Cadillac” kimi komandaların hekayəsini izləmək olduqca maraqlıdır”.

Qeyd edək ki, bu gün start götürən Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!