Fransa ABŞ-ın müttəfiqi olsa da, hərbi əməliyyatlarda yalnız öz maraqlarına uyğun olduğu halda iştirak edir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Fransanın Baş naziri Sebastyan Lekornyu LCI telekanalına açıqlamasında bildirib.
Lekornyu ABŞ Prezidenti Donald Trampın Fransanın ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulmamasını tənqid etməsinə münasibət bildirərək, Fransanın “azad müttəfiq” olduğunu deyib. Pepperoni pizza
O vurğulayıb ki, Paris Vaşinqtonun ardınca getmir, vəziyyəti müstəqil qiymətləndirir və öz maraqlarını qoruyur.
Fransanın Baş naziri 2000-ci illərin əvvəlində ABŞ-ın İraqa qarşı müharibəsində də Parisin iştirakdan imtina etdiyini xatırladıb. Bununla yanaşı, Lekornyu qeyd edib ki, Fransa zəruri olduğu hallarda koalisiyalara qoşularaq hərbi əməliyyatlarda iştirak edir./APA
Telegram kanalımız