G20 liderlərinin sammiti başa çatdı

G20 liderlərinin sammiti başa çatdı

Dünya Veb saytların hazırlanması

16 Noyabr 2022 12:15 498


G20 üzvü olan ölkələrin dövlət və hökumət başçılarının IX sammiti başa çatıb.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter"də yazıb.

O bildirib ki, zirvə çərçivəsində beynəlxalq siyasi və iqtisadi məsələləri müzakirə edilib: “Dünyamız son 3 ildir koronavirus pandemiyası ilə başlayıb müharibə və regional toqquşmalarla daha da gərginləşən ağrılı mərhələdən keçir. Enerji, qida və xammal qiymətlərinin həddən artıq bahalaşması istisnasız olaraq bütün iqtisadiyyatlara təsir edir”.

Türkiyə liderinin sözlərinə görə, Avropa və ABŞ daxil olmaqla bir çox regiondakı infliyasiya rəqəmləri mövcud çətinliklərin göstəricisidir.

Qeyd edək ki, G20-yə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreye, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Səudiyyə Ərəbistanı, Yaponiya və Avropa İttifaqı daxildir.

Rusiya Prezidenti Vladimir Putin Bali sammitinə qatılmayıb. Zirvə görüşündə Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!