2026-cı il üzrə Azərbaycanın dövlət büdcəsinin gəlirləri əvvəlki illə müqayisədə 0,7% (253 milyon manat) artaraq 38 milyard 609 milyon manat səviyyəsində proqnozlaşdırılır və bu vəsaitin Ümumi Daxili Məhsulda (ÜDM) payı 28,8% təşkil edəcək.
“Yeni Sabah” xəbər verir ki, büdcə gəlirlərinin formalaşmasında əsas pay 43,8% (16 milyard 910 milyon manat) göstərici ilə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalara, ikinci böyük pay isə 33,2% (12 milyard 835 milyon manat) göstərici ilə Dövlət Neft Fondundan edilən transfertlərə məxsusdur. Qalan daxilolmalar 17,8% (6 milyard 862 milyon manat) payla Dövlət Gömrük Komitəsinin, 2,6% (1 milyard 21 milyon manat) payla büdcə təşkilatlarının ödənişli xidmətlərinin və 2,5% (981 milyon manat) payla digər gəlir mənbələrinin payına düşür.
Cəlalə Cəlalqızı pizza sifarişi
Telegram kanalımız