Gecə-gündüz qorxu içində yaşayırlar - Bu dəfə heyvanları hədəf aldılar

saytların hazırlanması

Evə çatdırılma

Gecə-gündüz qorxu içində yaşayırlar - Bu dəfə heyvanları hədəf aldılar

Sosial

22 Sentyabr 2026 20:46 135


Qərbi Şəriədə fələstinlilərə məxsus heyvanlara əl qoyulub. Hadisə zamanı evlərə, avtomobillərə və digər əmlaka da ziyan vurulduğu bildirilir.

“Yeni Sabah” xəbər verir ki, işğal altındakı Qərbi Şəriənin Ramallah şəhəri yaxınlığındakı Silvad qəsəbəsinə İsrail hərbçilərinin müşayiəti ilə israillilər basqın edib. Məlumata görə, basqın zamanı 3 fələstinliyə məxsus onlarla heyvan aparılıb. Basqında iştirak edən şəxslərin qəsəbədəki bəzi evlərə, avtomobillərə və digər əmlaka ziyan vurduğu bildirilib.

Fələstinli yerli mənbələr hadisə zamanı ərazidə çox sayda İsrail hərbçisinin olduğunu açıqlayıb. İsrail ordusunun da basqınla eyni vaxtda Silvadda hərbi fəaliyyətini davam etdirdiyi qeyd olunub. Dominos pizza

İsrail hərbçilərinin Silvadın mərkəzində, eləcə də Ramallahın şərqində yerləşən Deyr Cərir kəndinin girişində nəzarət məntəqələri qurduğu bildirilib. Bu məntəqələr səbəbindən bölgə sakinlərinin hərəkət imkanlarının məhdudlaşdırıldığı qeyd olunub. İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağına hücumlara başlamasından sonra Qərbi Şəriə və Şərqi Qüdsdə fələstinlilərə qarşı İsrail hərbçiləri və israillilər tərəfindən həyata keçirilən hücumların artdığı bildirilir.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!