YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Gələn il pensiyalar bu qədər artacaq  - ŞAD XƏBƏR

Gələn il pensiyalar bu qədər artacaq - ŞAD XƏBƏR

Sosial

22 Noyabr 2022 18:25 28168


Gələn il ailə başçısını itirməyə görə pensiyanın məbləğinin 374 manat olacağı proqnozlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən bildirib.

Onun sözlərinə görə, növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək.

Əlilliyə görə pensiya isə 369 manat olacaq.

Musa Quliyev bildirib ki, gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat olacağı proqnozlaşdırılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!