Gənc ailənin neçə yaşı olur?

saytların hazırlanması

Evə çatdırılma

Gənc ailənin neçə yaşı olur?

Sosial

11 Fevral 2019 14:12 4093


Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib. Bununla bağlı "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər edilir.

Dəyişikliklərə əsasən, qanuna "gənc alim və tədqiqatçı" anlayışı əlavə edilir. Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclərin siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.

"Gənclər siyasəti haqqında" qanunun hazırkı varinatına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər. Toyuqlu pizza

Qanunda hansı yaşdan olan şəxslərin gənc alim hesab edilməsi isə dəqiqləşdirilməyib.

Yeni layihədə gənclik yaşı, eyni zamanda gənc ailə anlayışı olduğu kimi saxlanılıb, buraya yalnız kimlərin gənc alim hesab edildiyi əlavə edilib.

 Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!