Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2026-cı il üçün ədəbiyyat mükafatının finalçılarını elan edib.
“Yeni Sabah” xəbər verir ki, azərbaycanlı yazıçı Əkrəm Əylisli “short-list”də yer alan 3 finalçıdan biri olub. Müsabiqənin münsiflər heyətinin qərarı ilə yazıçının "Adamlar və ağaclar" trilogiyası (ingiliscə: People and Trees) mötəbər mükafatın final mərhələsinə vəsiqə qazanıb. Əsəri ingilis dilinə Ketrin E. Yanq tərcümə edib.
Qələbə uğrunda Əkrəm Əylisli ilə yanaşı Polşadan Yatsek Dukay (“Buz”) və Misirdən Şadi Lyuis (“Qrinviç xətti ilə”) mübarizə aparır. Toyuqlu pizza
Qeyd edək ki, qalib əsərin müəllifi və tərcüməçisi 20 000 avro məbləğində əsas mükafatı bölüşəcək. Qalibin adı 2 iyul 2026-cı il tarixində Londonda təşkil olunacaq rəsmi tədbirdə açıqlanacaq.
Nazim Hacıyev
Telegram kanalımız