Sabahdan hava dəyişir:   Güclü yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan hava dəyişir: Güclü yağış yağacaq

Sosial

14 May 2026 16:21 202


Mayın 15-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 18-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. pizza mizza

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!