Paytaxtın Gəncə prospektində yaşayış binasından 24–25 metr məsafədə yerləşən, hündürlüyü 12–16, uzunluğu 140–150 metr olan sərt kəsilmiş yamacın 28–30 metrlik hissəsində sürüşmə prosesi qeydə alınıb.
"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbər verir ki, Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev sürüşmənin səbəbini izah edib.
O bildirib ki, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində baş verib. Toyuqlu pizza
Ə.Əliyevin sözlərinə görə, sürüşən torpaq kütləsinin həcmi təxminən 4,5–5 kubmetr təşkil edir.
Ərazi aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və müvafiq tədbirlər görülür.
Telegram kanalımız