Gəncədə yas mərasimində kütləvi   ZƏHƏRLƏNMƏ - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ - TƏFƏRRÜAT

Hadisə

12 İyul 2026 20:31 112


Bu gün Gəncədə baş verən kütləvi zəhərlənmənin təfərrüatı məlum olub.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində keçirilən yas mərasimində baş verib.

Yas yerində səkkiz nəfər yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər. Dərhal həmin şəxslər zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onlara yardım edilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilir. pizza sifarişi

Məlumata görə, zəhərlənənlərin arasında azyaşlılar da var. Hadisə ilə bağlı araşdırma aparılır.

Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xəstəxanaya yerləşdirilərin vəziyyətini açıqlayıb.

Bildirilib ki, bu gün saat 18 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub:

"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!