Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsində Penitensiar xidmət rəisinin köməkçisi Rauf Qasımzadə vəzifəsindən azad edilib.
"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.
R.Qasımzadə öz arzusu ilə ədliyyə orqanlarında xidmətini yekunlaşdırıb. pizza mizza
Xatırlatma: Rauf Qasımzadənin atası general-mayor Aydın Qasımov uzun illər eyni orqanda yüksək vəzifələrdə çalışıb. O, uzun müddət ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi və məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi işləyib.
R.Qasımzadə özü isə 2 il əvvəl ədliyyə nazirinin müavini - penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun köməkçisi təyin edilmişdi.
Telegram kanalımız