TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun qızına dəbdəbəli toy etməsi müzakirəsinə Ağ Partiyanın sədri Tural Abbaslı da münasibət bildirib.
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, o, toy keçirməkdə qəbahətin olmadığını deyib:
“Bəs TƏBİB sədri Vüqar Qurbanovun qızına dəbdəbəli toy keçirməsi niyə gündəmə gəlir? Hər hansı adi vətəndaş bu cür toy etsə, o qədər də gündəmə gəlməzdi. Məmurların belə toy etməsi insanlarda şübhələr yaradır ki, məmur öz vəzifəsindən sui-istifadə edib bu pulu qazanıb, yoxsa pulun mənbəyi haradır? Toyuqlu pizza
Vüqar Qurbanovun postuna, daşıdığı mövqeyə görə onun qızının toyu bir az ajiotaj yaradıb. Təbii, araşdırılmalıdır ki, bir dövlət məmuru dəbdəbəli toy edirsə, ev alırsa, ev tikdirirsə, maşın alırsa, onun maliyyəsinin mənbəyi haradır? Xalqın, millətin, dövlətin puludur, yoxsa öz şəxsi əmlakıdır?
Şəxsi halal puludursa, halal xoşu. Getsin Marsda, Ayda toy etsin, buna kim nə deyir? Heç kim heç nə demir. Amma Vüqar Qurbanovun tutduğu post elə postdur ki, təbii olaraq insanlarda sual yaranır, maraq doğurur, bunu müzakirə edirlər. Rəhbərliyi ona irad bildirib, ya yox, bu, onların biləcəyi işdir. Çünki bu, iqtidardaxili, hakimiyyətdaxili məsələdir. Bizim üçün isə əsas məsələ pulun mənbəyinin qanuni olub-olmamasıdır.
Pul qanunidirsə, artıq söhbət hansısa hüquqi məsələdən yox, mənəvi məsələdən gedə bilər ki, indiki vəziyyətdə belə bir toy etməyin mənəvi tərəfləri necədir? Mənəvi baxımdan doğrudur, ya yanlış? Bu, artıq başqa müzakirə mövzusudur.
Güman edirəm ki, heç bir məmur adının hallanmasını istəmir. Buna görə də, yəqin, ümumi bir tövsiyə olunub ki, belə şeylər etməyin, özünüzü, bizi hədəfə gətirirsiniz. Hər halda suallara cavab vermək lazımdır”.
Telegram kanalımız